Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

30 iyul 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir

30 iyul 2025 | 16:07

Şuranın gündəliyində duran  4 məsələ müzkirə olunmuşdur.
1. Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən "18 iyun İnsan Hüquqları Günü" ilə əlaqədar "İnsan Hüquqları Aylığı" çərçivəsində müxtəlif səpgidə tədbirlərin təşkil edilməsinin və bu sahədə hüquqi-maarifləndirmə işinin vəziyyəti ;
2. Rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müvafiq qanunvericiliyin tələblərinin icrası, antinarkotik təbliğatın gücləndirilməsi və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkil edilməsinin vəziyyəti;
3. Oğuz rayonu ərazisində dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə görülən tədbirlər;

4. Oğuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi  üzrə Komissiyanın 2025-ci ilin ötən dövrü ərzində fəaliyyəti

 

İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.

 

Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.  

Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə  tapşırıq və tövsiyələrini verib.

Keçidlər