Məişət zorakılığının qarşısının alınması mövzusunda təlim keçirilib
İyunun 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli icra hakimiyyətlərində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün təlim keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz və Qəbələ şəhər və rayonlarının icra hakimiyyətlərinin Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının üzvləri iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, yerli icra hakimiyyətlərində yaradılmış monitorinq və əlaqələndirmə qruplarının zorakılıqla mübarizə sahəsində öz fəaliyyətlərini həyata keçirən zaman müvafiq qanunvericiliyin tələblərinə əməl etmələrinin vacibliyini vurğulayıb.







