“Konstitusiya və suverenlik ili” ilə əlaqədar olaraq Oğuz rayonu ərazisində növbəti ağacəkmə aksiyası təşkil edilmişdir.
04 oktyabr 2025 | 12:44
“Konstitusiya və suverenlik ili” ilə əlaqədar olaraq Oğuz rayonu ərazisində növbəti ağacəkmə aksiyası təşkil edilmişdir. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak etmişdir.
“Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.







