Kərimli kəndində səyyar vətəndaş qəbulu keçirilib
16 iyul 2025 | 13:55
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
Sakinlərin mənzil təminatı, içməli su ilə təminatında qismən yaranan çətinliklər və sahibsiz itlərin sığınacağa yerləşdirilməsi ilə bağlı müraciətləri dinlənilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov müraciətlə bağlı öz fikirlərini bildirib. Müraciətlərin qısa bir zamanda həll olunacağı qeyd olunub.







