Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Kərimli kəndində səyyar vətəndaş qəbulu keçirilib və şəhid ailəsi ziyarət edilib

18 fevral 2026 | 18:30

18 fevral 2026-cı il tarixdə Kərimli kəndində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.

RİH başçısı Cavid Əbdul-Qədirov ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Oğuz rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzinin” sakinlərimizin xidmətində mövcud olduğunu xatırladılıb.

Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə dərin təşəkkürlərini bildiriblər.

Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov şəhid İbrahimxəlilov Fazil Sabir oğlunun ailəsini ziyarət etmişdir.

Hüquq mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi görüş zamanı şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.

Şəhid valideyini dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər