Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Kənd təsərrüfatının inkişafına dair 2026–2030 Dövlət Proqramının icrasına həsr olunmuş iclas keçirilib

05 iyun 2026 | 14:59

Oğuz rayonunda Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Aqrar İnkişaf Mərkəzinin akt zalında sahibkarların, fermerlərin və inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə iclas keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, eləcə də proqramın icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Tədbirdə fermer və sahibkarların Dövlət Proqramı ilə bağlı təklifləri dinlənilib, rayonun aqrar sektor üzrə inkişaf perspektivləri, mövcud potensialı və gələcək hədəflərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin proqramın yerli səviyyədə səmərəli icrasının təmin edilməsi üçün görüləcək tədbirlər barədə müzakirələr keçirilib.

Keçidlər