Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuz rayonunda vətəndaşları qəbul edib

24 yanvar 2026 | 09:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 23 yanvar 2026-cı il tarixdə,  Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Keçidlər