Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Kənd sakinləri ilə hüquqi yardım mövzusunda növbəti görüş keçirildi

27 noyabr 2026 | 17:25

27 noyabr 2026-cı il tarixində Bucaq, Baş Daşağıl, Muxas və Calut kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əhatə etdiyi kəndlərin sakinləri ilə hüquqi yardım mövzusunda növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin Hüquq sektorunun müdiri Sənan Əliyev və Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Nərmin Yəhyayeva iştirak ediblər.

Tədbirin əsas məqsədi kənd sakinlərinin hüquqi biliklərinin artırılması, onları maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırılması, eləcə də müxtəlif sahələrdə qarşılaşdıqları problemlərin qanunvericiliyin tələblərinə uyğun həlli yollarının izah edilməsi olub.

Görüş zamanı torpaq münasibətləri, mülkiyyət hüququ, sosial təminat və digər hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sakinlərin müraciət və sualları dinlənilərək onları maraqlandıran məsələlərə aydınlıq gətirilib, qarşılaşdıqları problemlərlə bağlı müvafiq hüquqi məsləhətlər verilib və mümkün həlli yolları izah olunub.

Sonda kənd sakinlərinin hüquqi maarifləndirilməsinin davamlı təmin edilməsi məqsədilə bu istiqamətdə görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər vətəndaşların hüquqi biliklərinin artırılmasına, müraciət və problemlərinin həlli istiqamətində düzgün məlumatlandırılmasına, eləcə də dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Görüş iştirakçıları göstərilən diqqətə və məsələlərə həssas yanaşmaya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər