Kənd sakinləri ilə hüquqi yardım mövzusunda görüş keçirib
12 may 2026-cı il tarixində Xaçmaz İƏD üzrə nümayəndəliyində Xaçmaz və Filfili kənd sakinləri ilə hüquqi yardım mövzusunda görüş keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin Hüquq sektorunun müdiri Sənan Əliyev və Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Nərmin Yəhyayeva iştirak edib. Görüşün keçirilməsində əsas məqsəd kənd sakinlərinin hüquqi biliklərinin artırılması, onları maraqlandıran hüquqi məsələlər barədə məlumatlandırılması və müxtəlif sahələrdə yaranan problemlərin həlli yollarının izah edilməsi olub.
Tədbir zamanı torpaq, mülkiyyət, sosial təminat və digər hüquqi məsələlər ətrafında geniş müzakirələr aparılıb. Sakinləri maraqlandıran suallar cavablandırılıb, onların qarşılaşdıqları problemlərlə bağlı hüquqi məsləhətlər verilib və mümkün həlli yolları barədə izahatlar təqdim olunub.
Görüşün sonunda sakinlərin hüquqi maarifləndirilməsinin artırılması məqsədilə belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.







