İnzibati protokolların tərtibi və korrupsiyaya qarşı mübarizə ilə bağlı iclas keçirilib
Oğuz Rayon İcra Hakimiyyətində inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin təyinatı barədə təqdimat və korrupsiyaya qarşı mübarizə ilə bağlı seminar keçirilmişdir.
Tədbirdə Oğuz RİH Başçısının müvafiq sərəncamı ilə RİH Başçısının İƏD üzrə nümayəndələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Oğuz RİH-də inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər qismində təyin edildikləri açıqlanmış, onlara inzibati xəta haqqında işlər üzrə icraat zamanı səlahiyyətlərinin icrası ilə əlaqədar metodiki istiqamət, zəruri tövsiyələr verilmiş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Görüş zamanı inzibati xətalar haqqında protokolların tərtib edilməsi səlahiyyətinin hüquqi əsasları, müvafiq qanunvericiliyin tələbləri və praktiki tətbiq məsələləri barədə müzakirə aparılmış və onlara bu sahədə vəzifə və öhdəlikləri barədə ətraflı məlumat verilmişdir. Tədbir çərçivəsində inzibati xəta haqqında işlər üzrə icraat zamanı yarana biləcək problemlər ətrafında fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda bu formatda tədbirlərin keçirilməsinin inzibati xətalara dair işlərin qanunvericiliyin tələblərinə uyğun, şəffaf və səmərəli şəkildə aparılmasına xidmət etdiyi vurğulanmışdır.







