Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

"İnsan hüquqları aylığı" çərçivəsində "Zərərli vərdişlərə yox de - sağlam həyat tərzini seç” mövzusunda maarifləndirmə tədbiri keçirilib

09 iyun 2026 | 16:31

9 iyun 2026-cı il tarixdə rayonun Yaqublu kənd tam orta məktəbində keçirilmiş tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman sektorunun və məktəbin nümayəndələri, həmçinin rayon Ağsaqqallar Şurasının sədri çıxış edərək zərərli vərdişlərin, xüsusən də narkomaniyanın insanların cəmiyyətdə mövqeyi və gələcəyi üçün təhlükə olduğu, onları nüfuzdan saldığı və bununla da, cəmiyyətimizə, xüsusən də yeniyetmə və gənclərin təlim-tərbiyəsinə olduqca mənfi təsir göstərdiyini vurğulanmışlar.

Tədbirdə həmçinin şagirdlərə narkotikdən istifadənin inzibati və cinayət məsuliyyəti izah edilərək narkotik vasitələrdən, spirtli içki və tütün məmulatlarından istifadənin insanların, xüsusən də yeniyetmələrin sağlamlığına, mənəviyyatına və sağlam düşüncəsinə vurduğu zərər barədə söhbətlər aparılmış və yeniyetmələrin zərərli vərdişlərə yox deyərək idmana, sağlam həyat tərzinə və təhsilə üstünlük vermələrinin vacibliyi diqqətə çatdırılmışdır.

Keçidlər