Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

"İnsan hüquqları aylığı" çərçivəsində “Korrupsiyaya qarşı hamılıqla mübarizə aparaq” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

18 iyun 2026 | 17:54

18 iyun 2026-cı il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin və Oğuz Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə bələdiyyə işçilərinə “Korrupsiyaya qarşı hamılıqla mübarizə aparaq” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Oğuz RİH Hüquq sektorunun müdiri və Oğuz Rayon Prokurorunun böyük köməkçisi çıxış edərək, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya hüquqpozmalarını yaradan səbəb və şəraitin öyrənilməsinin, bu amillərinin aradan qaldırılmasının və bələdiyyə işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılmasının vacibliyini vurğulamışlar. Tədbirdə həmçinin bələdiyyə işçilərinə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi prosedurlarında müvafiq qanunvericiliyin tələblərinə tam riayət etmələrinin və vətəndaşların müraciətlərinə vaxtında, qərəzsiz və operativ baxılmasının, nəticədə bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinin tələb olunduğu izah edilmişdir.

Sonda bələdiyyə qulluqçularının və üzvlərinin təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər