Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Həmrəylik Günü və Yeni il tədbiri keçirilib

30 dekabr 2025 | 12:55

30 dekabr 2025-ci il tarixdə Oğuz Rayon Mədəniyyət Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Dövlətimizin Müstəqilliyi, Suverenliyi, Xalqımızın Həmrəyliyi Əbədidir” adlı ümumrayon tədbiri keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbir çərçivəsində çıxışlarda qeyd edilmişdir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, həmrəylik, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərimizə bağlılıq və Vətənə sədaqət kimi ali dəyərləri özündə ehtiva edir. Bildirilmişdir ki, xalqımız bu əlamətdar günü tarixi Zəfərin yaratdığı yüksək qürur və mənəvi ruh yüksəkliyi şəraitində qeyd edir.

Çıxışlarda vurğulanmışdır ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qələbə Azərbaycan xalqının birliyinin və gücünün parlaq təzahürüdür. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bu müqəddəs günlərdə dərin ehtiramla yad edilmişdir.

Tədbirin sonunda başda şəhid və qazi ailələri olmaqla, Oğuz rayon ictimaiyyəti və bütün Azərbaycan xalqı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik olunmuş, hər kəsə cansağlığı, firavanlıq və uğurlar arzulanmışdır.

Ümumrayon tədbiri Rayon Mədəniyyət Mərkəzinin kollektivinin iştirakı ilə hazırlanmış konsert proqramı ilə davam etdirilmiş, təqdim olunan musiqi nömrələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Keçidlər