Oğuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Tərkeş kəndində vətəndaşların səyyar qəbulu keçirilib
05 fevral 2025 | 15:32
Görüşdə iştirak edən sakinlər Respublikanızın ərazi bütövlüyünün bərpası, regionların inkişafı, o cümlədən Oğuz rayonunda görülmüş işlər, insanların sosial rifah halının yaxşılaşdırılması istiqəmətində həyata keçirilmiş geniş miqyaslı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmiş, Tərkeş kənd tam orta məktəbinin, tibb məntəqəsinin və Tərkeş kəndini magistral avtomobil yolu ilə birləşdirən yolun əsaslı təmir olunmasını xahiş etmişlər. Qaldırılan məsələlərin həlli istiqamətində işlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.