Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüş keçirilib

13 iyun 2026 | 15:06

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində Oğuz şəhərində görüş keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, sahibkar qadınlar, gənclər və rayon sakinləri iştirak ediblər. Görüşün məqsədi qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun gücləndirilməsi, onların sosial-iqtisadi fəallığının artırılması, eləcə də uğurlu qadınların təcrübələrinin paylaşılması olub.

Çıxış edənlər qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai həyatda iştirakının əhəmiyyətindən danışaraq, bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər barədə məlumat veriblər. Bildirilib ki, qadınların potensialının üzə çıxarılması və onların inkişafına dəstək göstərilməsi cəmiyyətin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüş zamanı iştirakçılara layihənin məqsəd və fəaliyyət istiqamətlərini əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb. Tədbir interaktiv müzakirə formatında davam etdirilib, iştirakçılar onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb, təklif və təşəbbüslərini səsləndiriblər. Diskussiya zamanı qadınların sosial həyatda fəallığının artırılması, liderlik bacarıqlarının inkişafı və yerli icmaların inkişafında roluna dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, “Güclü cəmiyyətin zərif simaları” layihəsi ölkənin müxtəlif bölgələrində keçirilən görüşlər vasitəsilə qadınların inkişafına dəstək göstərməyi, onların ictimai fəallığını təşviq etməyi və təcrübə mübadiləsini genişləndirməyi hədəfləyir.

Keçidlər