Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar Oğuz rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilib

04 may 2026 | 18:05

5-7 may tarixlərində gözlənilən təhlükəli hava şəraiti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidən daxil olan məlumata əsasən sel və daşqın risklərinin qarşısının alınması məqsədilə Oğuz Rayon İcra Hakimiyyətində rayon Fövqəladə Hallar Komissiyasının və aidiyyəti xidmət təşkilatlarının iştirakı ilə iclas keçirilmişdir. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən gücləndirilmiş iş rejiminin tətbiqi və növbəlilik qrafikinin hazırlanması təsdiq edilmişdir.

Hazırda qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunur, bəzi ərazilərdə intensiv yağıntılar qeydə alınır. Belə hava şəraitinin yaxın günlərdə də davam edəcəyi, ayrı-ayrı yerlərdə subasma hallarının, bəzi dağ çaylarında isə qısamüddətli sel və daşqınların baş verə biləcəyi proqnozlaşdırılır.

İntensiv yağıntıların yarada biləcəyi subasma, eləcə də sel və daşqın təhlükəsindən qorunmaq məqsədilə aidiyyəti qurumlara rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov tərəfindən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, əhalinin vaxtında məlumatlandırılması və riskli ərazilərdə nəzarətin artırılması tapşırılmışdır.

Keçidlər