Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Gender məsələləri üzrə keçirilən tədbirdə Oğuz RİH müavini Aliyə Osmanova iştirak etmişdir

17 aprel 2026 | 13:00

15 aprel 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlimlərə start verilmişdir.

Təlimin ilk günündə yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri iştirak etmiş, proqram çərçivəsində bu sahədə fəaliyyətin daha səmərəli təşkili, institusional mexanizmlərin gücləndirilməsi və qurumlararası koordinasiyanın artırılması məsələləri müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova təlimlərin əsas məqsədinin gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi, onların səlahiyyət və vəzifələrinin daha aydın şəkildə müəyyənləşdirilməsi, eləcə də bu sahədə effektiv əməkdaşlığın təmin edilməsi olduğunu qeyd etmişdir.

Bildirilib ki, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı 2026–2028 çərçivəsində qarşıya qoyulan vəzifələrin icrası gender bərabərliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin vurğulanmışdır ki, ölkəmizdə gender siyasətinin uğurla həyata keçirilməsi İlham Əliyev tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Təlim proqramı çərçivəsində ekspert Abil Bayramov tərəfindən iştirakçılara gender məsələləri üzrə məsul şəxslərin funksiyaları, institusional yanaşmalar və praktik fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, interaktiv müzakirələr aparılmışdır.

Təlimdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aliyə Osmanova da iştirak etmişdir.

Qeyd edək ki, təlimlər növbəti günlərdə müxtəlif sahələri əhatə etməklə davam etdiriləcəkdir.

Keçidlər