Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir keçirilib

19 iyun 2026 | 10:30

Oğuz Rayon İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun və Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirin əsas məqsədi milli-mədəni irsin təbliği, gənclərdə milli dəyərlərə bağlılığın gücləndirilməsi, xalq rəqslərinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək olub.

Tədbir iştirakçıları əvvəlcə muzeydə təşkil olunmuş sərgi ilə tanış olublar. Sərgidə bölgənin tarixi, mədəniyyəti və milli-mənəvi irsini əks etdirən eksponatlar nümayiş etdirilib.

Rəsmi hissədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin sektor müdiri Vasif İsgəndərov, Oğuz Rayon İcra Hakimiyyəti yannında İctimai şuranın sədri Günel Abdullayeva, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Şaiq Rüstəmov, sektorun aparıcı məsləhətçisi Elvin Qarayev, YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov və Oğuz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xəyalə Yusubova milli-mədəni irsin qorunmasında və təbliğində gənclərin rolundan, rəqs sənətinin xalqımızın tarixini və mənəvi dəyərlərini yaşatmaq baxımından əhəmiyyətindən danışıblar.

Daha sonra yeniyetmə və gənclərin təqdimatında Azərbaycan və Gürcüstanın milli rəqsləri nümayiş olunub. Rəngarəng çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir çərçivəsində müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən rəqs nömrələri dostluq, qarşılıqlı hörmət və mədəni əməkdaşlıq dəyərlərini də nümayiş etdirib.

Tədbirin sonunda rəqs kollektivlərinin rəhbərlərinə gənclərin milli-mədəni dəyərlər ruhunda yetişdirilməsi və tədbirin təşkilinə verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim olunub.

“Gənclərin rəqs dalğası: Keçmişdən gələcəyə” adlı tədbir iştirakçılara milli irsimizin zənginliyini bir daha xatırladaraq, gənclərin mədəni həyata fəal cəlb olunmasının vacibliyini ön plana çıxarıb.

Keçidlər