“Gələcəyini düşün, sağlam həyat tərzini seç!” mövzusunda tədbir keçirilib
11 iyun 2026-cı il tarixində Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz rayonu üzrə Təhsil sektorunun və Oğuz rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində, M.F.Axundzadə adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbdə “Gələcəyini düşün, sağlam həyat tərzini seç!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən natiqlər məktəblilərə gələcəyin düzgün planlaşdırılması, məqsədlərin müəyyənləşdirilməsi və uğurlu həyat yolunun qurulması istiqamətində geniş məlumat vermişlər. Eyni zamanda, şagirdlərə sosial fəallığın artırılması, cəmiyyət həyatında aktiv iştirakın əhəmiyyəti və şəxsi inkişaf imkanları barədə tövsiyələr verilmişdir.
Çıxışlar zamanı sağlam həyat tərzinin insan həyatındakı rolu, düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi və sağlam həyatın üstünlükləri barədə ətraflı məlumat təqdim olunmuşdur.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, onların gələcəyə daha məsuliyyətli yanaşmalarının formalaşdırılması və sosial fəallıqlarının artırılması olmuşdur.







