Fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkili mövzusunda tədbir keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyətin təşkil mövzusunda Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Aliyə Osmanova, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin rəisi Ceyhun Babayev, Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, FHN-nin Dövlət Yanğın Nəzarəti və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Aliyə Osmanova fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər tərəfindən Şimal-Qərb Regional Mərkəzinin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, eləcə də bu istiqamətdə icra strukturları ilə Mərkəz arasındakı qarşılıqlı səmərəli fəaliyyətin vacibliyi barədə ətraflı məlumat verilib.







