Filfilli kəndində səyyar vətəndaş qəbulu keçirilib
25 avqust 2025 | 18:43
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
Sakinlərin odun yanacağı ilə təminat, kəndə təbii qaz xəttinin çəklişi, kəndi rayon mərkəzi və digər yaşayış məntəqələri ilə birləşdirən körpünün asfalt örtüyünün təmiri ilə bağlı müraciətləri dinlənilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov müraciətlə bağlı öz fikirlərini bildirərək, odun yanacağı ilə təminatla bağlı artıq müzakirə aparıldığını və lazımi tapşırıqların verildiyini və 2026-2030-cu illər ərzində Oğuz rayonu ərazisində qazlaşma işinin tam başa çatacağını qeyd etmiş, körpünün asfalt örtüyünün təmiri haqqında müvafiq tapşırıq vermişdir.







