Elm və Təhsil naziri Emin Əmrullayev Oğuz rayonunda vətəndaşları qəbul edib
29 iyul 2025 | 10:56
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 29-da Elm və Təhsil naziri Emin Əmrullayev Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseydə Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və Elm və Təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.







