Dövlət Suverenliyi Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, aparatın məsul əməkdaşları, eləcə də rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.
Dövlət Suverenliyi Gününün qeyd olunması ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyi ilə bağlı mühüm tarixi hadisələrin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Əlamətdar gün münasibətilə təşkil olunan ağacəkmə aksiyası da bu tarixi günün ictimai və sosial əhəmiyyətini əks etdirən tədbirlərdən biri olub.
Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin sağlamlaşdırılması, rayonda yaşıllıq zolaqlarının genişləndirilməsi və Dövlət Suverenliyi Gününün şərəfinə ekoloji təşəbbüsə töhfə vermək olub.
Tədbir iştirakçıları tərəfindən müxtəlif ərazilərdə ağaclar əkilib, ətraf ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb.







