Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Çaldaş və Çayqovuşan sakinlərinin iştirakı ilə səyyar vətəndaş qəbulu keçirilib

19 avqust 2026 | 16:05

19 avqust 2026-cı il tarixində ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həllinin təmin edilməsi məqsədilə Çaldaş kəndində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə kənd sakinləri ilə növbəti səyyar qəbul keçirilib.
Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən Oğuz rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə ətraflı məlumat verib. Bildirib ki, dövlət başçısının diqqət və qayğısı ilə reallaşdırılan bütün layihələr əhalinin rifahının yüksəldilməsinə, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. O, həmçinin vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərən "Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzi"nin sakinlərin istifadəsində olduğunu diqqətə çatdırıb.
Səsləndirilən müraciət və təkliflər diqqətlə dinlənilərək qeydiyyata alınıb, aidiyyəti üzrə icrası üçün nəzarətə götürülüb.
Sonda kənd sakinləri həyata keçirilən abadlıq-quruculuq işlərinə, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər