Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Bu Dağların Naili” kitabının təqdimatı keçirilib

04 mart 2026 | 16:57

4 mart 2026-cı il tarixində Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlin doğum günündə xatirəsi anılıb və onun əziz xatirəsinə həsr olunmuş “Bu dağların Naili” kitabının təqdimatı keçirilib.
Əvvəlcə Xaçmaz Kənd Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Daha sonra tədbir M.F.Axundov adına Xaçmaz kənd 1 saylı tam orta məktəbin akt zalında davam etdirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qazilər, eləcə də ictimaiyyət nümayəndələri, təhsil işçiləri, şagirdlər iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Kitabın müəllifi Vüsal Oğuz çıxış edərək nəşrin məqsədi barədə məlumat verib. Bildirib ki, kitabda Nail İbrahimlinin həyat və döyüş yolu, eləcə də onu tanıyanların xatirələri yer alıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin əsas məqsədinin məhz gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb.
Digər çıxış edənlər YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nicat Hacılı, Oğuz Xəbərləri qəzetinin redaktoru Nazim Hüseynov, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-lisey direktoru Elxan Bilalov qəhrəmanın göstərdiyi şücaətdən danışıblar.
Tədbirin sonunda şəhidin valideynləri atası İbrahimov Nəriman Möhlüd oğlu anası İbrahimova Aqibət Hümmət qızı çıxış edərək təşəkkürlərini bildiriblər.

Keçidlər