Bir qrup əməkdaş təltif edildi
29 dekabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi və əmək fəaliyyəti üçün müəyyən edilmiş yaş həddinə çatmaları ilə əlaqədar vəzifələrindən ayrılan əməkdaşlarla görüş keçirilmişdir.
“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı” yeni redaksiyada təsdiq edilmişdir.
Qeyd olunan Fərmana uyğun olaraq Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairə üzrə nümayəndəliklərində yeni struktur formalaşdırılmışdır. Struktur dəyişikliyi və əmək fəaliyyəti üçün müəyyən edilmiş yaş həddinə çatmaları ilə əlaqədar vəzifələrindən ayrılan əməkdaşlara uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları və təşəkkürnamələri təqdim olunmuşdur.
Tədbir zamanı əməkdaşların dövlət qulluğunda göstərdikləri xidmətlər yüksək qiymətləndirilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.







