“Bilik günü” münasibəti ilə tədbirlər keçirilmişdir
Yeni tədris ilinin ilk dərs günü münasibətilə Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədbir keçirilib.
Tədbirdə Oğuz RİH başçısı cənab Cavid Əbdul-Qədirov, başçının müavini Aliyə Osmanova,YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, ŞZRTİ-nin müdiri müavini Hafiz Pənahov, Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, şəhid valideynləri, müəllim və şagirdlər iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Məktəbin şəhid məzunları Elşən Əhmədli, Məhəbbət Paşayev, Elman Babayev və adını şərəflə daşıdığımız Nail İbrahimli və onların simasında doğma Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məktəb-liseyin direktoru Elxan Bilalov tədbiri açıq elan edərək,ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib.
Oğuz RİH başçısı cənab Cavid Əbdul-Qədirov Bilik günü münasibətilə təbriklərini pedaqoji kollektivə çatdırdı.
O, öz çıxışlarında təhsilin əhəmiyyətini vurğulayıb,məktəb-liseyin nailiyyətlərini yüksək qiymətləndirib və gələcəkdə daha böyük uğurlar arzulayıb.
Daha sonra tədbirdə iştirak edən başçının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, ŞZRTİ-nin müdiri müavini Hafiz Pənahov, Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, çıxış edərək pedaqoji kollektivi və şagirdləri təbrik edərək,uğurlar arzulayıb.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda "Bilik günü” nə həsr olunmuş təntənəli tədbir "İlk zəng”in sədaları ilə başa çatmışdır.







