“Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsində tədbir keçirilmişdir
07 mart 2025 | 18:02
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşı İqbal Abbasov çıxış edərək idarənin xanım əməkdaşlarına Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirovun 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbriklərini çatdırmış, onlara gül dəstələri, bayram hədiyyələri, Rayon İcra Hakimiyyətinin Təşəkkürnamələri təqdim edilmişdir.