Beynəlxalq Ahıllar Günü münasibətilə görüş keçirilib
01 oktyabr 2026 | 18:52
1 oktyabr 2026-cı il tarixində Beynəlxalq Ahıllar Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar Yusubov və İctimai Şuranın sədri Günel Abdullayeva Kərimli kəndində yaşayan, uzun illər kənd təsərrüfatı sahəsində çalışmış 94 yaşlı İsmayılov Dursun İbrahim oğlunun ailəsini ziyarət ediblər.
Görüş zamanı 94 yaşlı ahıl vətəndaşın həyat yolu və kənd təsərrüfatı sahəsində uzun illər ərzində göstərdiyi əmək fəaliyyəti barədə söhbət aparılıb, ona diqqət və qayğı göstərilib.
Dursun İsmayılov göstərilən diqqət və qayğıya görə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirova minnətdarlığını bildirib.







