Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Baramaçılıq sahəsində Oğuz rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

01 may 2026 | 10:45

Oğuz Rayon İcra Hakimiyyətində baramaçılıq sahəsində Oğuz rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, “Şəki-İpək” ASC-nin nümayəndəsi iştirak etmişdir.

Keçirilən tədbirdə baramaçılığın inkişafı üzrə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq görülən işlər müzakirə olunmuşdur. Xüsusilə, kümxanaların təlimatlara uyğun hazırlanması, çəkil bağlarına qulluq işlərinin təşkili və fermerlərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, baramaçılığın daha da inkişaf etdirilməsi ilə bağlı səsləndirilən təkliflər qeydə alınmış, qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər