Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Bakı–Xankəndi” velosiped yarışının marşrutu üzrə yollara baxış keçirilib

17 aprel 2026 | 16:22

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına hazırlıq çərçivəsində rayon ərazisindən keçən magistral yolların kənarlarına baxış keçirib.

Baxış zamanı yolların vəziyyəti, təhlükəsizlik tədbirləri, təmizlik və abadlıq işlərinin səviyyəsi qiymətləndirilib. Eyni zamanda, yarışın yüksək səviyyədə təşkili üçün yol kənarlarının səliqəyə salınması, zəruri infrastrukturun hazır vəziyyətə gətirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.

Bu cür hazırlıq işləri “Bakı–Xankəndi” marşrutu üzrə keçiriləcək velosiped yarışının təhlükəsiz və uğurlu təşkili baxımından xüsusi əhəmiyyət daşıyır.

Keçidlər