Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Oğuz rayonunda vətəndaşları qəbul edib
05 sentyabr 2025 | 18:49
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 5-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Oğuz Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və Komitə sədri Anar Quliyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.







