Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Oğuz rayonunda aparılmış işlərə yerində baxış keçirmişdir

28 avqust 2026 | 15:30

   Qəbələ rayonunda Oğuz və Qəbələ sakinlərinin qəbulunu ərəfəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli Oğuz rayonunun Mollalı kəndində “Türyan” çayı üzərində tikillən körpüdə və Mollalı kəndinə gedən avtomobil yolunda görülmüş işlərə baxış keçirib, müvafiq tövsiyələrini vermişdir.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2025-ci il tarixli 613 nömrəli Sərəncamına uyğun olaraq, Qaraməryəm–İsmayıllı–Şəki magistral avtomobil yolunu          Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri üzrə işlər yekunlaşmaq üzrədir.
   Hazırda Mollalı kəndinə gedən yol üzərində yeni körpünün tikintisi də yekunlaşmaq üzrədir. Tikinti işlərinin başa çatdırılması ilə yolun həmin hissəsində nəqliyyat vasitələrinin hərəkətinin daha təhlükəsiz və rahat təşkili təmin ediləcək.

Keçidlər