Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

8 Mart münasibətilə RİH aparatının və MİKTİ-nin qadın əməkdaşları təbrik olunub

06 mart 2026 | 18:26

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə İcra Hakimiyyətinin aparatında çalışan qadın əməkdaşları təbrik edib.

İcra başçısı qadınların cəmiyyətin inkişafında, dövlət idarəçiliyində və ictimai həyatın müxtəlif sahələrində mühüm rol oynadıqlarını qeyd edib. Bildirilib ki, Azərbaycan qadınları hər zaman öz zəhməti, peşəkarlığı və vətənpərvərliyi ilə seçilirlər.

Qadın əməkdaşlara möhkəm can sağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Həmçinin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən Oğuz Rayon Mənzil İstismarı və Kommunal Təsərrüfat İdarəsində çalışan qadın əməkdaşlar da təbrik olunub. Tədbir zamanı qadınların cəmiyyətin inkişafındakı rolu və əməyinin əhəmiyyəti vurğulanıb.

Sonda Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə sosial dəstək məqsədilə Oğuz Mənzil İstismarı və Kommunal Təsərrüfat İdarəsində çalışan qadın əməkdaşlara ərzaq yardımı paketləri təqdim olunub.

 

 

Keçidlər