115 yaşlı Zeynəb nənə
08 aprel 2015 | 15:00

08 aprel 2015-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ta Oğuz rayon Qarabulaq kənd sakini 1900-cü ildə anadan olmuş 115 yaşlı Kərimova Zeynəb Əhməd qızını ziyarət etmişdir. Zeynəb nənənin 115 yaşının tamam olması münasibəti ilə birlikdə tort kəsmişlər. Zeynəb nənə 115 yaşı olmasına baxmayaraq bu günə kimi səhhətindən heç bir şikayəti olmadığını bildirdi. O hal-hazırda eş işlərini özü sərbəst görə bilir, hətta tikiş tikmək üçün iynəsini özü saplaya bilirlər. Əhalinin dispanerizasiya ilə əlaqədar Zəynəb nənənin səhhəti bir daha həkim müayinəsindən keçirildi və heç bir çatışmazlıq qeydə alınmadı.







