Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

31 Dekabr – Həmrəylik və Yeni İl Təbriki

31 dekabr 2025 | 07:54

Hörmətli Oğuz rayonunun sakinləri, Əziz həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruzi-bərəkət və xoş günlər arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli həmrəylik ideyası bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirir. 2024–2025-ci illərdə ölkəmizin qazandığı tarixi nailiyyətlər, Azərbaycanın qlobal nüfuzunun artması, iqtisadi və sosial sahələrdə müşahidə olunan dinamik inkişaf həm milli həmrəyliyimizin, həm də dövlətimizin gücünün bariz göstəricisidir.

 

Əziz Oğuz sakinləri!

Son illərdə rayonumuzda infrastrukturun yenilənməsi, kənd yollarının təmiri, sosial obyektlərin tikintisi, kənd təsərrüfatı və turizm sahələrində görülən işlər Oğuzun hərtərəfli inkişafına xidmət edir. Bu uğurların əldə olunmasında hər birinizin zəhməti, vətəndaş məsuliyyəti və doğma yurda bağlılığı xüsusi rol oynayır. Sizin dəstəyiniz və birliyiniz sayəsində rayonumuz qarşıdakı ildə də daha böyük nailiyyətlər qazanacaqdır.

Qoy 2026-cı il hər bir oğuzluya yeni ümidlər, firavanlıq, gözəl başlanğıclar və ailələrinizə sevinc gətirsin. Arzu edirəm ki, həmrəyliyimiz daim möhkəm, birliyimiz əbədi olsun!

Hər birinizi bayram münasibətilə bir daha təbrik edir, xoşbəxtlik və əmin-amanlıq dolu günlər arzulayıram.

Bayramınız mübarək!

Cavid Əbdul-Qədirov

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı

Keçidlər