Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

28 May-Müstəqillik Günü münasibətilə ağacəkmə aksiyası keçirildi

26 may 2026 | 12:57

Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri, rayon ağsaqqallar şurasının sədri, MİKTİ-nin əməkdaşları iştirak ediblər.

Keçirilən ağacəkmə aksiyaları ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin mühafizəsinə ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin olunmasına mühüm töhfə verir. Yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması istiqamətində tədbirlər “Şəhərsalma və Memarlıq ili” çərçivəsində bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər