Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

28 May-Müstəqillik Gün münasibətilə tədbir keçirilmişdir

27 may 2026 | 09:03

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin təşkilatçılığı və Oğuz Rayon Təhsil Sektoru ilə birgə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələri və təhsil işçiləri iştirak etmişlər.

​İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi və şəhidlərin məzarları ziyarət olunmuş, üzərlərinə gül-çiçək dəstələri qoyulmuşdur. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

​Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxış edərək iştirakçıları salamlamış və tədbir haqqında məlumat vermişdir. O qeyd etmişdir ki, Müstəqillik Günü hər bir azərbaycanlının qəlbində qürur hissi yaradır. 108 il əvvəl Şərqdə və müsəlman dünyasında ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın azadlıq və müstəqillik əzminin dünyaya nümayişi idi.

​Tədbirdə "Azərbaycanın müstəqillik tarixi" mövzusunda Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət təmayüllü liseyin müəllimi Quliyeva Nigar Çingiz qızı, "Müstəqilliyimiz əbədidir" mövzusunda Oğuz rayon Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbinin müəllimi Məmmədova Vəfa Vahid qızı və "Azərbaycan güclü bir dövlətdir" mövzusunda Xaçmazqışlaq kənd tam orta məktəbinin müəllimi Mustafazadə Araz Fərman oğlu çıxış etmişlər.

​Daha sonra Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək iştirakçıları təbrik etmiş, onlara öz səmimi arzularını çatdırmışdır. Tədbir bədii hissə ilə davam etdirilmişdir. Sonda bir qrup təhsil işçisinə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər