Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

27 Sentyabr – Anım Günü və Ombudsmanın səlahiyyətləri ilə bağlı Calut kənd sakinləri ilə görüş keçirilib

23 sentyabr 2026 | 14:45

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Şimal Regional Mərkəzinin nümayəndələri 23 sentyabr 2026-cı il tarixində Oğuz rayonunun Calut kənd sakinləri ilə görüş keçiriblər.

Görüş 27 Sentyabr – Anım Günü ilə əlaqədar, həmçinin Ombudsmanın səlahiyyətləri çərçivəsində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, müraciətlərinin dinlənilməsi və yerli problemlərinin öyrənilməsi məqsədilə təşkil olunub.

Görüş zamanı Ombudsman nümayəndələri sakinlərlə birbaşa ünsiyyət quraraq onları maraqlandıran məsələləri dinləyib, qaldırılan problemlərlə bağlı fikir və təkliflərini öyrənib, eyni zamanda hüquqi maarifləndirmə aparıblar.

Keçidlər