Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

27 Sentyabr-Anım Günü ölkəmizin hər yerində olduğu kimi Oğuz rayonunda da dərin hüzn və kədər hissi ilə qeyd olunmuşdur.

27 sentyabr 2025 | 15:04

Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranlar, rayon ictimaiyyətinin nümayəndələri 27 sentyabr-Anım Günü münasibətilə Oğuz şəhər Şəhidlər Xiyabanında və Xaçmaz kənd Şəhidlər Xiyabanında vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını və xatirələrinə inşa edilmiş abidəni ziyarət etmiş, məzarların və abidənin üzərinə güllər düzmüş, ruhlarına öz ehtiramlarını bildirmişlər.

Respublikamızın bütün bölgələrində olduğu kimi Oğuz rayonunda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

Keçidlər