Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

27 Sentyabr – Anım Günü Oğuz rayonunda dərin hüzn və ehtiram hissi ilə qeyd olunub

27 sentyabr 2026 | 14:23

27 Sentyabr – Anım Günü münasibətilə Oğuz rayonunda şəhidlərin əziz xatirəsi dərin ehtiram və hüznlə yad edilib.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri Xaçmaz kənd Şəhidlər Xiyabanını və Oğuz şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarət iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını və onların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, məzarların və abidənin üzərinə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da Oğuz şəhər Şəhidlər Xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Azərbaycan xalqı 27 Sentyabr – Anım Gününü hər zaman böyük ehtiram və hörmətlə yad edəcək, canı və qanı bahasına şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaq.

Keçidlər