27 sentyabr – Anım Günü münasibətilə şəhid məzarları ziyarət edilib
27 sentyabr 2026 | 14:34
27 sentyabr – Anım Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Anım Günü ilə əlaqədar rayon ərazisində yerləşən şəhid məzarları ziyarət olunub, məzarların üzərinə gül dəstələri qoyulub və şəhidlərin ruhuna dualar oxunub.
Həmçinin şəhid ailələrindən olan yaşlı vətəndaşlar evlərində ziyarət edilərək, onların qayğıları ilə maraqlanılıb, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğu bir daha vurğulanıb.







