Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

27 Sentyabr – Anım Günü münasibətilə Oğuz rayonunda məktəblilər arasında “Zirvədəki Ruhlar” adlı intellektual bilik yarışı keçirilib

24 sentyabr 2026 | 18:59

27 Sentyabr – Anım Günü münasibətilə Oğuz rayonunda məktəblilər arasında “Zirvədəki Ruhlar” adlı intellektual bilik yarışı keçirilib.

Yarış Azərbaycan Respublikasının dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, şanlı Zəfər tariximizin və qəhrəmanlarımızın irsinin təbliği məqsədilə təşkil olunub.
Tədbir Oğuz Rayon İcra Hakimiyyəti, YAP Oğuz Rayon Təşkilatı, Oğuz Rayon Təhsil Sektoru, Oğuz Rayon Gənclər Sektoru, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə şəhidlərin valideynləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçiləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən və şəhidlərimizin Vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs olunub. Qeyd edilib ki, bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə və Azərbaycanın şanlı tarixinin daha dərindən öyrənilməsinə mühüm töhfə verir.
İntellektual yarışda iştirak edən məktəb komandaları Azərbaycan tarixi, Vətən müharibəsi, Zəfər yolu, qəhrəmanlarımız və ümumi dünyagörüşü üzrə hazırlanmış sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər müəyyənləşib.
Yarışın nəticələrinə əsasən:

🥇 I yer – Xalxal kənd tam orta məktəbinin komandası
🥈 II yer – Yaqublu kənd tam orta məktəbinin komandası
🥉 III yer – Xaçmaz kənd 1 nömrəli tam orta məktəbinin komandası

Tədbirin sonunda qalib komandalar və fəal iştirakçılar diplom, fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
Şəhidlərin valideynlərinə dərin ehtiram ifadə olunub, məktəblilər tərəfindən hazırlanmış xüsusi xatirə hədiyyələri onlara təqdim edilib.
Şəhidlərimizi ehtiram və minnətdarlıq hissi ilə yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
Unutmadıq, unutdurmarıq!

Keçidlər