26 avqust Azərbaycanın birinci xanımı, Respublikamızın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2026 | 11:57
Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti, humanist təşəbbüsləri və milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi töhfələrlə ölkəmizin ictimai və mədəni həyatında mühüm rol oynayır. Onun rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına mühüm töhfələr verir, Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.
Oğuz Rayon İcra Hakimiyyəti adından doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və firavan ömür, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə həyata keçirdiyiniz nəcib və xeyirxah fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.







