26 avqust 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir
Şuranın gündəliyində duran 3 məsələ müzkirə olunmuşdur.
1. AR Prezidentinin Fərman Sərəncamlarının Oğuz rayonunda icrası vəziyyəti haqqında. Dövlət Nəzarəti İnformasiya Sistemi üzrərindən təhlil;
2. Oğuz rayonunda əhalinin sosial müdafiəsi sahəsində pensiya və sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı sosial yardımların ödənilməsi, Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində xidmətlərinin lazımi səviyyədə həyata keçirilməsi vəziyyəti;
3. Oğuz RİH başçısının Bucaq, Böyük Söyüdlü, Baş Daşağıl, Filfili, Xaçmaz, Xalxal, Bayan İƏD üzrə nümayəndəliklərinin fəaliyyətləri barədə.
İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra Şura iclasının qərarı qəbul olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.







