Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

24 dekabr 2025-ci il tarixdə Yenikənd kəndində səyyar vətəndaş qəbulu keçirilib

24 dekabr 2025 | 13:59

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
Görüşdən öncə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov,  24 dekabr – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibətilə səmimi təbriklərini çatdırmışdır. Çıxış zamanı cənab Prezidentin rəhbərliyi ilə son illərdə ölkəmizdə həyata keçirilən düşünülmüş və məqsədyönlü dövlət siyasətindən, əldə olunan mühüm sosial-iqtisadi nailiyyətlərdən, regionların inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs etmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan davamlı inkişaf yolunda inamla irəlilədiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyi bildirilmişdir.

Daha sonra vətəndaşların səyyar qəbulu keçirilmiş, müraciətlər dinlənilmiş, qaldırılan məsələlər qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə dərin təşəkkürlərini bildiriblər.

Keçidlər