Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib

21 sentyabr 2026 | 16:06

21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Təhsil sektorunun, Gənclər və İdman sektorunun, “Heydər Əliyev” Mərkəzinin, Mədəniyyət Mərkəzinin, rayon Kitabxana Sisteminin və Muzeyin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər 21 sentyabr – Beynəlxalq Sülh Gününün əhəmiyyətindən danışıblar. Bildirilib ki, sülh bəşəriyyətin ən ali dəyərlərindən biri olmaqla, insanların təhlükəsiz və firavan şəraitdə yaşamasının əsas şərtidir. Sülhün, əmin-amanlığın və qarşılıqlı hörmətin qorunması, gənc nəslin bu dəyərlər ruhunda tərbiyə olunması cəmiyyətin mühüm vəzifələrindəndir.

Çıxışlarda Beynəlxalq Sülh Gününün yaranma tarixi və mahiyyəti barədə məlumat verilib, dünyada sülh və təhlükəsizliyin təmin olunmasının, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, sülh yalnız müharibələrin və münaqişələrin olmaması deyil, eyni zamanda insanların hüquq və azadlıqlarına hörmət, qarşılıqlı etimad, həmrəylik və əməkdaşlıq mühitinin formalaşdırılması deməkdir.

Tədbir iştirakçıları ölkəmizdə sülh və sabitliyin qorunması, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Xüsusilə gənclərin sülh, humanizm, vətənpərvərlik və qarşılıqlı hörmət prinsipləri əsasında maarifləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində sülhün insan həyatında və cəmiyyətin inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib.

Sonda qeyd olunub ki, Beynəlxalq Sülh Günü sülh və həmrəylik ideyalarının təbliği, cəmiyyətdə qarşılıqlı hörmət və anlaşma mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Keçidlər