20 Yanvar faciəsinin 36-cı ildönümü Oğuzda anıldı
20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun, rayon ictimaiyyətinin nümayəndələrinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və kollektivlərinin, həmçinin məktəblilərin iştirakı ilə Oğuz şəhərində və Xaçmaz kəndində yerləşən “Şəhidlər xiyabanları” ziyarət edilmişdir.
Tədbir iştirakçıları Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini dərin ehtiramla yad etmiş, onların ruhuna dualar oxunmuş, məzarları üzərinə gül-çiçək dəstələri düzülmüşdür.
Eyni zamanda, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini anmaq məqsədilə rayonun müxtəlif yaşayış məntəqələrində yerləşən şəhid məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşərək onlara mənəvi dəstək göstərmişlər.
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində qəhrəmanlıq və fədakarlıq nümunəsi kimi daim xatırlanır və yad edilir.







