Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

16 oktyabr 2026 | 14:20

Oğuz şəhərində yerləşən Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü liseyin akt zalında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı xalqımızın azadlıq və müstəqillik arzusunun gerçəkləşməsində mühüm tarixi mərhələ olub.

Çıxışda müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və dövlətçilik ənənələrinin daha da gücləndirilməsi xüsusi qeyd olunub.

Tədbirdə çıxış edən digər natiqlər də Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən bəhs edərək dövlət müstəqilliyinin xalqımızın ən böyük sərvətlərindən biri olduğunu bildiriblər. Vurğulanıb ki, müstəqilliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mühüm vəzifəsidir.

Sonda Azərbaycanın dövlət müstəqilliyinin əbədi və dönməz olması, ölkəmizin bundan sonra da inkişaf və tərəqqi yolu ilə inamla irəliləməsi arzulanıb.

Tədbirin ardından 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə birgə ağacəkmə aksiyası keçirilib.

Keçidlər