İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Oğuz rayonunda vətəndaşları qəbul edib.
18 iyul 2025 | 15:22
18 iyul 2025-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Oğuz rayon Mərkəzi Xəstəxanasında Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.







